Menyu

Hipertoniya gənclər arasında niyə artır? - VİDEO

Nicat Hüseynli
Hipertoniya gənclər arasında niyə artır? - VİDEO
1 dəq oxu

Hipertoniya son dövrlərdə gənclər arasında da geniş yayılır. Mütəxəssislər xəstəliyin yaranmasında irsi amillərlə yanaşı, böyrək problemləri və qeyri-sağlam həyat tərzinin rol oynadığını bildirirlər.

Operativ Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, xəstəlik uzun müddət əlamətsiz inkişaf edə, bəzi hallarda isə baş ağrısı, başgicəllənmə və nəfəs darlığı ilə müşayiət oluna bilər.

Həkimlər oturaq həyat tərzini, duzlu və hazır qidaların çox qəbulunu, siqaret, alkoqol, stress və yuxu pozuntularını əsas risk faktorları sırasında göstərirlər.

Təzyiqin yüksəlməsinin qarşısını almaq üçün duz qəbulunun azaldılması, sağlam qidalanma və həftədə ən azı 150 dəqiqə fiziki aktivlik tövsiyə olunur.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər