Menyu

Azərbaycan və Misir arasında idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Operativ Media
Azərbaycan və Misir arasında idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
1 dəq oxu

Gənclər və idman naziri Fərid Qayıbov Misir Ərəb Respublikası arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində Azərbaycana səfər edən bu ölkənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər veirr ki, Misir Ərəb Respublikası Gənclər və İdman Nazirliyinin İdmanın İnkişafı üzrə Mərkəzi Administrasiyasının rəhbəri doktor Mahmud Abdeləziz Abdalla Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, idman sahəsində birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, eləcə də gənclər siyasəti istiqamətində əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin praktiki icrasını və gələcək birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Fotogalereya

Əlaqəli Xəbərlər