Menyu

Pirallahıda oğurluq edən əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb

Operativ Media
Pirallahıda oğurluq edən əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb
1 dəq oxu

Pirallahı rayonunda polis iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib.

Operativ Media xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər