Menyu

Almaniya aeroportunda dron aşkarlanıb

Operativ Media
Almaniya aeroportunda dron aşkarlanıb
1 dəq oxu

Almaniyanın Köln Bonn Beynəlxalq Hava Limanında naməlum dronun aşkarlanması səbəbindən uçuşlar 2,5 saat müddətinə dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə DPA agentliyi hava limanının sözçüsünə istinadla məlumat yayıb.

Məlumata görə, dron noyabrın 27-də saat 22:00 radələrində aeroport ərazisində aşkar edilib. Hadisədən sonra bütün uçuşlar və təyyarələrin enişləri dərhal dayandırılıb.

Aeroport fəaliyyətini noyabrın 28-də saat 00:30-da bərpa edib.

Hadisənin baş vermə şəraiti araşdırılır.

Əlaqəli Xəbərlər