Menyu

Aİ ölkələrində elektrik və qaz qiymətləri rekorda imza atıb

Nərmin Qocamanlı
Aİ ölkələrində elektrik və qaz qiymətləri rekorda imza atıb

Ötən ilin ikinci yarısında Avropa İttifaqı ölkələrində yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,4 avro ilə rekord qırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi məlumat dərc edib.

Məlumata görə, Aİ-yə üzv ölkələr arasında ən ucuz elektrik enerjisi Macarıstanda satılıb. 

Bildirilib ki, ən yüksək artım Rumıniya,Çexiya Respublikası və Danimarkada baş verib.

Ötən ilin ikinci yarısında Aİ ölkələrində yaşayış binalarında istifadə edilən hər 100 kilovat-saat təbii qaza görə ödənilən orta qiymət 11,4 avro olaraq hesablanıb. Sözügedən qiymət əvvəlki ilin eyni dövründə 7,8 avro müəyyən edilib.

Aİ ölkələri arasında yaşayış evlərində istehlak edilən təbii qaza görə ən yüksək ödəniş İsveçdə 100 kilovat-saat üçün 27,5 avro, Danimarkada 20,8 avro və Niderlandda 19,3 avro olub.

Teqlər:

"Aİ ölkələrində elektrik qaz qiymətləri rekorda imza atıb"

Əlaqəli Xəbərlər