Ermənistanın “FlyOne Armenia” aviaşirkətinin Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlarına icazə verilməməsi İrəvandan müvafiq müraciətin olmaması ilə bağlı ola bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Ankaradakı aviasiya sahəsindəki mənbə RİA Novosti-yə bildirib.
"Beynəlxalq qaydalara görə, uçuşlar həyata keçirən aviaşirkət səmasından istifadə etmək istədiyi ölkəyə əvvəlcədən müraciət etməlidir. Yəqin ki, Türkiyə tərəfi müraciəti qəbul etməyib", - məlumatda qeyd edilib.