25 Oktyabr 2022, 16:58
Makronun Papaya hədiyyə etdiyi kitab oğurluq çıxıb

Makronun Papa Fransiskə hədiyyə etdiyi kitabın Lvov muzeyindən oğurlandığı iddia olunur
"Operativ Media" xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi İkinci Dünya Müharibəsi zamanı Emmanuel Makronun Papa Fransiskə hədiyyə etdiyi kitabın Lvovdan oğurlanması ilə bağlı iddiaları araşdırır.
Qeyd edək ki, oktyabrın 24-də Roma Papası Fransisk Fransa prezidentini qəbul edib. Makron alman filosofu İmmanuel Kantın “Əbədi sülhə doğru” əsərinin nadir nəşrini Papaya hədiyyə edib.