ABŞ administrasiyası Rusiya və İran arasında müttəfiqliyin dərinləşməsindən narahatdır.
"Operativ Media" xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin müavini Cennifer Qavito deyib.
"Biz Rusiya-İran müttəfiqliyinin dərinləşməsindən narahatıq, bunu Rusiyanın Ukraynada mülki infrastrukturu məhv etmək üçün istifadə etdiyi İran pilotsuz təyyarələrinin son tədarükləri sübut edir", - Qavito bildirib.
O əlavə edib ki, ABŞ administrasiyası İranla gərginliyi azaltmağa çalışır.
Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar Tehranın Vaşinqtonun sabitliyi pozan hesab etdiyi bu cür fəaliyyətinin qarşısını almaq üçün xarici tərəfdaşlarla işləyir.