İngiltərə Premyer Liqasında 28-ci turdan təxirə salınmış oyunlar keçirilib.
"Operativ Media" xəbər verir ki, “Liverpul” evdə “Fulhem”i 1 qolla məğlub edib. “Mançester Siti” isə “Vest Hem”ə 3 cavabsız qolla qalib gələrək yenidən liderliyə yüksəlib.
Qeyd edək ki, bu qələbədən sonra "Mançester Siti" xallarnın sayını 79-a çatdırıb (33 oyun) və yenidən liderliyə yüksəlib. "Liverpul" 59 xalla 5-ci, "Fulhem" 45 xalla 10-cu, "Vest Hem" isə 34 xalla 15-cidir.
3 may
"Liverpul" – "Fulhem" - 1:0
Qol: Salah, 39-pen.
"Mançester Siti" – "Vest Hem" - 3:0
Qollar: Ake, 50. Haland, 70. Foden, 85






