Menyu

İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq edib

Əziz Əzizli
İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq edib

İsveç parlamenti terrorla mübarizə qanununu təsdiq edib.

"Operativ Media" TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin İsveçdən NATO-ya üzvlük üçün daha sərt anti-terror tədbirləri görmək tələbinə uyğun olaraq, İsveç parlamenti terrorizmlə mübarizə üzrə yeni cinayət məcəlləsi layihəsini təsdiqləyib.

İsveç parlamentində keçirilən səsvermədə terror təşkilatının fəaliyyətini təşviq edən, gücləndirən və ya dəstəkləyən şəxslərə maksimum dörd il həbs cəzası nəzərdə tutan qanun layihəsi 34 əleyhinə 268 səslə qəbul edilib.

İyunun 1-dən qüvvəyə minəcək qanunda vəziyyəti ağırlaşdıran hallar olduqda minimum iki, maksimum səkkiz il həbs cəzası veriləcək, terror təşkilatlarını maliyyələşdirən və ya dəstəkləyən şəxslərin tutulması və mühakimə olunması üçün səlahiyyətlər genişləndiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər