Erlinq Holann yeni rekorda imza atıb

Əziz Əzizli
Erlinq Holann yeni rekorda imza atıb

Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqanın 28-ci turunun təxirə salınmış "Vest Hem"lə matçında (3:0) qol vurub. 

"Operativ Media" xəbər verir ki, bu, norveçli hücumçunun ölkə çempionatında 2022/2023 mövsümdə vurduğu 35-ci qolu olub. Bununla da o, bir mövsümdə vurulan qolların sayına görə İngiltərə çempionatının mütləq rekordunu qırıb. Haaland 1993/1994 mövsümündə 40 matçda 34 qol vuran Endi Koul və 1994/1995 mövsümündə 34 qol vuran Alan Şirerin rekordunu yeniləyib.

Holann eyni zamanda bu mövsüm Premyer Liqada 5 komandadan daha çox qol vurub. "Çelsi", "Vulverhempton", "Nottinqem Forest", "Everton" və "Southempton bir mövsümdə 35-dən az qol vurub.

Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 31 oyuna çıxıb. "Mançester Siti"nin bu mövsümün sonuna qədər ölkə çempionatında daha beş oyunu var.

Digər xəbərlər