"Neftçi"nin futbolçusu İvan Brkiç karyerasını Türkiyədə davam etdirə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Fotomaç" məlumat yayıb.
"Trabzonspor" əsas qolkiperi Uğurcan Çakırı satacağı halda, onun yerinə "Neftçi"dən Brkiçi transfer etməyə çalışacaq.
Qaradəniz təmsilçisinin xorvat qapıçını azad agent kimi heyətinə qatmaq istədiyi bildirilir.
Brkiç bu mövsüm 23 oyunda 24 qol buraxıb. Onun klubla sözləşməsi sezonun sonunda başa çatır.






