Azərbaycan I Divizionunda XXVII tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
"Araz-Naxçıvan" səfərdə "Qaradağ Lökbatan"ı iki cavabsız qolla məğlub edib və çempionluğunu rəsmiləşdirib. Muxtar respublika təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi-2"ni 11 xal qabaqlayır.
Digər matçda MOİK "Mingəçevir" səfərindən qələbə ilə dönüb.