"Sabah” – “Beşiktaş”: bilet qiymətləri bəllidir
Əziz Əzizli
"Sabah” – “Beşiktaş” matçının biletləri sabah günortadan sonra satışda olacaq. Təxminən 30 min bilet satışa çıxarılacaq.
"Operativ Media" xəbər verir ki, ən ucuz biletin qiyməti 5 manat olacaq, sektorlar üzrə qiymətlər dəyişəcək.
Türkiyə nəhəngi ilə qardaşlıq matçı mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Beşktaş” oyundan bir gün öncə Bakıya gələcək. Xeyriyyə xarakterli matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net