04 May 2023, 22:02
"Əl-Hilal" PSJ-ə rəsmi təklif yolladı
"Əl-Hilal" PSJ-ə rəsmi təklif yolladı şəkil
"Əl-Hilal" PSJ-ə rəsmi təklif yolladı

PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan rəsmi təklif alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O da bildirilib ki, Səudiyyə klubunun bu təklifi Messinin hazırda aldığı yeganə təklifdir. Həmçinin qeyd edilib ki, Messinin Paris klubu tərəfindən komandadan uzaqlaşdırılması təkcə onun Səudiyyə Ərəbistanına icazəsiz səfərinə görə deyil, həm də argentinalı futbolçunun PSJ layihəsini tənqid etməsi və komandada qalmayacağını deməsi ilə bağlıdır. 

Qeyd edək ki, Lionel Messi 2021-ci ildə "Barselona"dan ayrılaraq azad agent kimi PSJ-yə keçib. 35 yaşlı hücumçunun Paris klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır. Onun "Barselona"ya qayıdacağı ilə bağlı da xəbərlər yayılıb.

Son xəbərlər
MN həftəlik icmalını yayıb - VİDEO
23 Mart 2025, 15:27
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?