FİDE prezidenti AŞF prezidenti ilə yoldaşlıq görüşü keçirib

Əziz Əzizli
FİDE prezidenti AŞF prezidenti ilə yoldaşlıq görüşü keçirib

FIDE prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının keçirildiyi Bakı Kristal Zalında olub. 

"Operativ Media" xəbər verir ki, FIDE rəhbəri yaradılan şəraiti yüksək qiymətləndirib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışla bağlı qonağa məlumat verib.

Sonra FIDE rəhbəri Arkadi Dvorkoviç AŞF prezidenti Mahir Məmmədovla şahmat taxtası arxasında yoldaşlıq görüşündə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.

Digər xəbərlər