Menyu

İlin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb

Bu ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

"Operativ Media" xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, tutulma hadisəsi saat 19:14-də başlayıb və saat 23:31-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.

Tutulma hadisəsini Cənub-Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkündür.

Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

Teqlər:

"İlin ilk Ay tutulması başlayıb"

Əlaqəli Xəbərlər