"Sabah" - "Beşiktaş" matçını yayımlayacaq kanallar bəlli oldu
Əziz Əzizli
"Sabah” və “Beşiktaş” arasında baş tutacaq xeyriyyə matçını “İdman TV” yayımlanacaq.
"Operativ Media" xəbər verir ki, Türkiyədə isə görüşün canlı olaraq ekranlara gətirilməsi “Kanal D”-yə həvalə olunub.
“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-ü, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.
Teqlər:
"\"Sabah\" - \"Beşiktaş\" matçını yayımlayacaq kanallar bəlli oldu"