İtaliya A Seriyasına vəsiqə qazanan daha bir klubun adı məlum olub.
"Operativ Media" xəbər verir ki, B Seriyasının XXVI turunda "Askoli"ni məğlub edən "Cenoa" sona iki tur qalmış elitaya vəsiqəni təmin edib. 70 xalla ikinci sırada yer alan komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır.
Bundan əvvəl B Seriyasının lideri "Frozinone" A Seriyasına yüksəlmişdi.






