08 May 2023, 15:42
Emin Mahmudov 150-ə çatdı
Emin Mahmudov 150-ə çatdı şəkil
Emin Mahmudov 150-ə çatdı

Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki , 31 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIII turuna təsadüf edib.

“Turan Tovuz”la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, Premyer Liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.

Debütü 2017/18 mövsümünə təsadüf edən Mahmudov bu görüşlərdə 37 qola imza atıb.

Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda onadək 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” “Turan Tovuz”a 0:4 hesabı ilə uduzub.

Son xəbərlər
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər
ABŞ-də güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub