10 May 2023, 16:32
Bakıda keçirilən "Dünya Kuboku 2023"ün ilk medalçıları müəyyənləşdi
Bakıda keçirilən "Dünya Kuboku 2023"ün ilk medalçıları müəyyənləşdi şəkil
Bakıda keçirilən "Dünya Kuboku 2023"ün ilk medalçıları müəyyənləşdi

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023"ün ilk mükafatçıları bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla, bürünc medalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sacad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.

Səcad Purhüseyni mükafatlandırma mərasimindən sonra açıqlama verib:

“Ötən il də Azərbaycana gəlmişdik. Həmin vaxt komanda növündə qızıl medal qazanmışdıq. Bu dəfə isə fərdi atışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində fərdi atışda ilk qızıl medaldır. Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram”.

Ukrayna komandasının üzvü, gümüş medal sahibi Oleq Omelçuk iştirakçıların sayına və qücünə görə mübarizənin gərgin şəraitdə keçdiyini və ikinci yeri özü üçün böyük uğur hesab etdiyini bildirib.

Son xəbərlər
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
Fernandu Santuş: "Sabahkı matç bizim üçün çox vacibdir"
Bəhlul Mustafazadə: "Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir"
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan və Ermənistanla danışıqlar əhəmiyyətlidir
21 Mart 2025, 16:48
Son iki gündə Bakıdan bölgələrə 28 minə yaxın sərnişin daşınıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq
Kobaxidze azərbaycanlıları təbrik edib
"Barselona"nın müdafiəçisi zədələndi