Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
"Operativ Media" xəbər verir ki, İtaliya təmsilçiləri "Milan" və "İnter" "San Siro"da üz-üzə gəlib. "İnter" ilk hissədə vurduğu iki qolla "Milan"ı məğlub edib.
Mayın 9-da keçirilən yarımfinalın digər oyununda "Real" və "Mançester Siti" qarşılaşması 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.