Konfrans Liqası: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Əziz Əzizli
Konfrans Liqası: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

"Operativ Media" xəbər verir ki, hər iki matç eyni gündə olacaq. İtaliyada "Fiorentina" İsveçrə "Bazel"ini qəbul edəcək. Niderlandın "AZ Alkmaar"ı isə İngiltərədə "Vest Hem"in qonağı olacaq. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

Konfrans Liqası, yarımfinal, ilk oyunlar

11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)

Baş hakim: Fransua Leteksye (Fransa)

Florensiya, "Artemio Franki" stadionu

 

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

London, "London" stadionu

Digər xəbərlər