Azərbaycanın çimərlik futbolu üzrə millisinin rəqibləri müəyyənləşdi

Əziz Əzizli
Azərbaycanın çimərlik futbolu üzrə millisinin rəqibləri müəyyənləşdi

Polşada keçiriləcək III Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışın püşkatma mərasimi keçirilib.

"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi A qrupunda Polşa, Portuqaliya və İspaniya yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda baş tutub. 21 iyun - 2 iyul aralığında təşkil olunacaq turnirdı 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.

Digər xəbərlər