Azərbaycan cüdoçuları Parisdə təlim-məşq toplanışında iştirak ediblər

Əziz Əzizli
Azərbaycan cüdoçuları Parisdə təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 8-10 mayda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar. 

"Operativ Media" xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 14 oğlan və 1 qız idmançısı iştirak edib. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır. 

Digər xəbərlər