Menyu

Aİ-də Afrikadan qanunsuz miqrant axını 300% artıb

Aİ-də Afrikadan qanunsuz miqrant axını  300% artıb

Bu ilin yanvar ayından aprel ayına kimi Aralıq dənizinin mərkəzi hissəsindən Avropaya keçən miqrantların sayı 2022-ci ilin eyni dövrünü nəzərəçarpacaq dərəcədə üstələyərək görünməmiş həddə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

Aİ-nin sərhəd agentliyi olan “Frontex”in məlumatına görə, yanvar-aprel aylarında Aralıq dənizinin mərkəzi hissəsindən Aİ-yə qeyri-qanuni gələnlərin sayı keçən illə müqayisədə demək olar 300% artaraq 42,2 min nəfərə çatıb.

Bu, 2023-cü ildə bütün istiqamətlər üzrə Aİ-yə qeyri-qanuni girişlərin yarıdan bir qədər çoxunu təşkil edir.

Xüsusilə Tunisdən çox sayda miqrant Avropaya gəlib. 2022-ci illə müqayisədə onların sayı 1 100% artıb.

Teqlər:

"Aİ-də Afrikadan qanunsuz miqrant axını 300% artıb"

Əlaqəli Xəbərlər