Menyu

Zelenski Rusiya ilə sərhədlərin mühafizəsində əməkdaşlığa dair memorandumdan çıxmaq üçün fərman imzalayıb

Zelenski Rusiya ilə sərhədlərin mühafizəsində əməkdaşlığa dair memorandumdan çıxmaq üçün fərman imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Belarus və Rusiya ilə dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığa dair Memorandumdan çıxması, eləcə də Rusiya ilə sərhəd məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişin ləğvi haqqında fərman imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında dərc olunan sənəddə deyilir.

“1994-cü il aprelin 15-də Moskvada bağlanmış Belarus Respublikası, Rusiya Federasiyası və Ukraynanın dövlət sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandumdan çıxılsın. 1994-cü il avqustun 3-də Odessada imzalanmış Ukrayna və Rusiya Federasiyası arasında sərhəd məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sazişə xitam verilsin. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir”, - sənəddə yazılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər