Azərbaycan PL: "Qəbələ" Turan Tovuz "a, "Səbail" "Qarabağ "a qarşı

Əziz Əzizli
Azərbaycan PL: "Qəbələ" Turan Tovuz "a, "Səbail" "Qarabağ "a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun daha iki oyunu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutacaq. Ardıcıl iki turda qələbə qazanan "Turan Tovuz" burada yerli komandanın müqavimətini qırmağa çalışacaq.

Günün digər oyununda "Qarabağ" "Səbail"in qonağı olacaq. "Atlılar" bu görüşdə qələbə qazansa, sona iki tur qalmış çempionluğunu təmin edəcək.

Azərbaycan Premyer Liqası

XXXIV tur

13 may

18:00 Qəbələ - Turan Tovuz

Qəbələ şəhər stadionu

Əvvəlki oyunlar: 2:0, 0:0, 1:1

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

20:30 Səbail - Qarabağ

"ASCO Arena"

Əvvəlki oyunlar: 1:3, 0:3, 0:3

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev 

Digər xəbərlər