Menyu

Ben Uolles: "Rusiya kimyəvi silahdan istifadə edə bilər"

Ben Uolles: "Rusiya kimyəvi silahdan istifadə edə bilər"

Ukraynanın əks-hücum əməliyyatı uğurlu olarsa və Kiyev öz ərazilərini geri ala bilsə, Rusiya kimyəvi silahdan istifadə edə bilər.

"Operativ Media" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Parlamentdə Rusiyanın qeyri-ənənəvi silahlardan istifadə edəcəyi ehtimalından narahat olub-olmadığı barədə suala cavabında Uolles deyib ki, Böyük Britaniya hakimiyyəti və beynəlxalq ictimaiyyət gələcəyə çox ehtiyatla baxır, belə bir ssenarini istisna etmir.

“Biz Rusiya hərbçilərinin və prezident Putinin davranışlarına həmişə ayıq olmalıyıq”, - Uolles qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər