İspaniya La Liqasında 34-cü tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
“Betis” doğma meydanda “Rayo Valyekano” ilə üz-üzə gəlib. Dörd qolluq qarşılaşmada meydan sahibləri 3-1 hesablı qələbəyə seviniblər.
Hazırda 85 xala malik “Barselona” vahid liderdir. “Real” 71 xalla ikinci, “Atletiko” isə 69 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 62, “Vilyarreal”ın 57, “Betis”in 55, “Jirona”nın 48, “Atletik”, “Osasuna” və “Sevilya”nın 47 xalı var.






