Uruqvay millisinin yeni baş məşqçisi məlum olub

Əziz Əzizli
Uruqvay millisinin yeni baş məşqçisi məlum olub

Uruqvay Futbol Assosiasiyası Marselo Bielsanın milli komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, mütəxəssisin milli ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədə olacaq.

Bielsanın son iş yeri İngiltərə “Lids Yunayted”ində olub. Argentinalı mütəxəssis 2022-ci ilin fevralında komandadan ayrılıb.

Xatırladaq ki, DÇ-2022-nin sonunda baş məşqçi Dieqo Alonso komandanı tərk edib. Onun rəhbərliyi altında turnirdə komanda qrup mərhələsini adlaya bilməyib.

Qeyd edək ki, Bielsa əvvəllər iki dəfə milli komandalarla çalışıb. 1998-2004-cü illərdə Argentina yığmasını çalışdırıb, 2004-cü ildə onlarla olimpiya çempionu olub və elə həmin il Amerika Kubokunun gümüş mükafatını qazanıb. Bundan başqa, mütəxəssis Çili millisinə (2007–2010) rəhbərlik edib və onunla 2010-cu il dünya çempionatına qatılıb

Digər xəbərlər