16 May 2023, 17:01
Voleybol millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim edilib
Voleybol millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim edilib şəkil
Voleybol millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim edilib

Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün keçirdiyi mətbuat konfransında qadınlardan ibarət millimizin yeni təyin olunmuş baş məşqçi türkiyəli Ataman Güneyligili ictimaiyyətə təqdim edilib.

"Operativ Media" xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, baş məşqçi Ataman Güneyligil, fiziki hazırlıq üzrə məşqçi Gençer Yarkin, İdarə heyetinin üzvləri, federasiyasının digər nümayəndələri və jurnalistlər iştirak ediblər.

Federasiya prezidenti Şahin Bağırov çıxış edərək milli komandamızın bu il avqustda baş tutacaq Avropa çempionatına hazırlıq prosesi çərçivəsində nəzərdə tutulan işlər haqqında qısa məlumat verib. Voleybolun ölkədə populyarlaşdırılması və kütləviliyinin artırılması istiqamətində görüləcək tədbirlərdən ətraflı danışan AVF rəhbəri Ataman Güneyligilə və voleybolçularımıza Avropa çempionatında uğurlar arzulayıb.

Sonra qadınlardan ibarət yığmamızın yeni baş məşqçisi Ataman Güneyligil çıxış edib. AVF rəhbərliyinə və media nümayəndələrinə təşəkkürünü bildirən 41 yaşlı mütəxəssis millimizin qitə birinciliyinə hazırlıq prosesindən danışıb, yaxın günlərdə əsas heyətin müəyyənləşdiriləcəyini deyib.

AVF-nin vitse- prezidenti Faiq Qarayev çıxış edərək Ataman Güneyligilin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirib, ona qarşıdakı yarışda uğurlar arzulayıb.

Daha sonra Ataman Güneyligil və Gençer Yarkinə millimizin forması təqdim olunub.

Son xəbərlər
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı