Daha bir Azərbaycan atleti Afrika çempionatında medal qazandı

Əziz Əzizli
Daha bir Azərbaycan atleti Afrika çempionatında medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunisdə keçirilən 33-cü Afrika çempionatında medal qazanıb.

"Operativ Media" xəbər verir ki, son olaraq 73 kq-da mübarizə aparan Ömər Cavadov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada 167 kq çəkini ram edib və toplam 310 kq (143+167) nəticə göstərib.

Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.

Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.

Digər xəbərlər