Menyu

Başqa liqalara ən çox futbolçu göndərmiş ölkələr müəyyənləşib

Əziz Əzizli
Başqa liqalara ən çox futbolçu göndərmiş ölkələr müəyyənləşib

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) başqa liqalara ən çox futbolçu göndərmiş ölkələri açıqlayıb.

'Operativ Media' CIES-in rəsmi saytına istinadən xəbər verir ki, 100 assosiasiyanın yer aldığını siyahıda Braziliya liderdir.

Cənubi Amerika təmsilçisinin 1289 futbolçusu müxtəlif çempionatlarda mübarizə aparır. Fransa (1033) ikinci, Argentina (905) isə üçüncü pillədə qərarlaşıb. Digər konfederasiyalar üzrə reytinqə Nigeriya (385), Yaponiya (169) və ABŞ (162) başçılıq edir.

Ukrayna (206) 20, Rusiya (148) 29, Gürcüstan (72) 50, Belarus (62) 52, Moldova (41) 63, Türkiyə (28) isə 73-cü yerdədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər