Ana səhifə / Dünya / Litvada qanunsuz miqrantların olduğu avtomobil su anbarına düşüb Litvada qanunsuz miqrantların olduğu avtomobil su anbarına düşüb 18.05.2023, 11:11 Redaksiya Litvada qanunsuz miqrantların olduğu avtomobil su anbarına düşüb. "Operativ Media" Litva mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gecə yarısı Senoses Radiskes (Kalvariya) kəndində baş verib. Sürücü və qeyri-qanuni mühacirlərdən biri həlak olub. Həmçinin, ilkin məlumatlara görə, daha 5 nəfər, o cümlədən 16 yaşlı yeniyetmə yaralanıb. Litva mətbuatı avtomobildə Suriya vətəndaşlarının olduğunu, sürücünün isə Moldova vətəndaşı olduğunu yazır. “Audi” markalı avtomobil polisin tələbi ilə dayanmayıb, kəskin döngədə yoldan çıxıb, dirəyə dəyib və gölməçəyə aşıb. Faktla bağlı araşdırma aparılır. Teqlər: "Litvada qanunsuz miqrantların olduğu avtomobil su anbarına düşüb"
14.02.2026, 02:03 Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
14.02.2026, 02:02 İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil
14.02.2026, 02:00 İlham Əliyev "France 24"ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb