Zelenski G7 sammitində onlayn iştirak edəcək
Mayın 21-də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 19-da Xirosimada başlayacaq Yeddilik Qrupunun (G7) sammitində onlayn olaraq iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik vurğulayır ki, Zelenski G7 ölkələrinin liderləri ilə müzakirə aparmağı planlaşdırır.
Nəşr məlumatına görə, Kiyevə elan olunmamış səfər çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kişida Zelenski ilə danışıqlar zamanı onu üç günlük sammitdə onlayn iştiraka dəvət edib.
Qeyd edək ki, daha öncə Ukrayna liderinin ofisinin rəhbərinin müavini İqor Jovkva Zelenskinin mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində şəxsən iştirak edə biləcəyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net