Menyu

Avropa Liqasında finalçılar məlum oldu

Əziz Əzizli
Avropa Liqasında finalçılar məlum oldu

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, "Roma" Almaniyada "Bayer"in qonağı olub. Komandalar arasındakı ilk görüşdə italyanlar qələbə qazanmışdı - 1:0. Cavab matçı 0:0 hesablı heç-heçə ilə yekunlaşdığından, "Roma" finala yüksəlib.

Gecənin digər oyunu İspaniyada baş tutub. "Sevilya" burada "Yuventus"un müqavimətini qırmağa çalışı. Komandalar arasındakı ilk matçda olduğu kimi, cavab oyununda da 1:1 hesablı heç-heçə qeydə alınıb. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb və Sevilya 2:1 hesablı qələbə qazanmaqla finala adını yazdırıb.

31 mayda Macarıstanın Budapeşt şəhərində də keçiriləcək Avropa Liqasının finalında "Roma" və "Sevilya" qarşılaşacaq.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunlar

18 may

23:00 Bayer (Almaniya) - Roma (İtaliya) 0-0

İlk oyun - 0:1

23:00 Sevilya (İspaniya) - Yuventus (İtaliya) 2-1

Qol: Suso, 72, E.Lamela, 95 - D.Vlahoviç, 65

İlk oyun - 1:1.

Teqlər:

"Avropa Liqasında finalçılar məlum oldu"

Əlaqəli Xəbərlər