
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, "Bazel" İsveçrədə "Fiorentina"nı qəbul edib. Komandalar arasındakı ilk görüşdə "Bazel" qələbə qazanıb - 2:1. Cavab oyununda "Fiorentina" eyni hesabla qələbə qazandığı üçün, əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha dəqiq olan italyanlar finala adını yazdırıb.
Digər görüşdə İngiltərə "Vest Hem"i Niderlandda "Alkmaar"ın qonağıdır. İlk görüş londonluların qələbəsiylə başa çatıb - 2:1. Cavab oyununda da 1:0 qalib gələn "Vest Hem" finala yüksəlib.
Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
18 may
23:00. Bazel (İsveçrə) - Fiorentina (İtaliya) 1:3
Qollar: Z.Amdouni, 55 - N.Qonzalez, 35,72
İlk oyun - 2:1
23:00 Alkmaar (Niderland) - Vest Hem (İngiltərə) 0:1
İlk oyun - 1:2.