Menyu

Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı

Əziz Əzizli
Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər açıqlandı
1 dəq oxu

Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Operativ Media" xəbər verir ki, bu ada ənənəvi olaraq 4 namizəd var.

Həftənin oyunçusu olmağa Nikolas Qonsaleslə Kristiano Biraqi (hər ikisi “Fiorentina”, İtaliya), Deklan Rays (“Vest Hem”, İngiltərə) və Ticani Reynders (“Alkmaar”, Niderland) namizəddir.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.

Əlaqəli Xəbərlər