Menyu

"Volkswagen" Rusiya aktivlərini "Avilon"a satıb

Redaksiya
"Volkswagen" Rusiya aktivlərini "Avilon"a satıb

Volkswagen Rusiya aktivlərini yerli investor Avilon-a satmaq üçün sövdələşmənin tamamlandığını elan edib.

"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, aktivlər Avilon strukturuna - MMC Art-Finance-ə satılıb. 

Müqavilə Rusiya hökumət orqanları tərəfindən təsdiqlənib. Sövdələşməyə Kaluqadakı istehsal müəssisələri, idxalçının strukturu (paylama və satışdan sonrakı biznes), həmçinin bütün əlaqədar işçilərlə anbar və maliyyə xidmətləri daxildir.

Əməliyyatın məbləği açıqlanmır. 

Qeyd edək ki, Volkswagen 2022-ci ilin martında Kaluqa və Nijni Novqoroddakı zavodlarında istehsalı dayandırıb. Bir il sonra Nijni Novqorod vilayətinin Arbitraj Məhkəməsi 15,5 milyard rubldan çox pulun qaytarılmasını tələb edən GAZ-ın iddiası əsasında konsernin Rusiyadakı aktivlərinə həbs qoyub. Daha sonra məhkəmə aktivlərə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib ki, çox güman ki, Volkswagen-in Kaluqadakı zavodunda istehsalın bərpası üçün tərəfdaş kimi Cənub-Şərqi Asiyadan şirkət seçiləcək.

Teqlər:

"\"Volkswagen\" Rusiya aktivlərini \"Avilon\"a satıb"

Əlaqəli Xəbərlər