Ana səhifə / İdman / "Sabah" Aleksey Kaşuku heyətdə saxlayacaq? - AÇIQLAMA "Sabah" Aleksey Kaşuku heyətdə saxlayacaq? - AÇIQLAMA 19.05.2023, 16:22 Əziz Əzizli Azərbaycan Premyer Liqasında gümüş medalları təmin edən "Sabah" klubunda ukraynalı futbolçu Aleksey Kaşukun icarə müddəti mövsüm sonunda başa çatır. Müqavilə ilə Ukraynanın "Şaxtyor" klubuna məxsus olan futbolçunu Masazır təmsilçisi daha bir mövsüm heyətdə saxlamaq istəyir. "Operativ Media"ya açıqlamasında "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov qarşı tərəflə danışıqlar getdiyini vurğulayıb. "Hazırda danışıqlar gedir. Lakin hələ ki, hər hansı razılıq əldə edilməyib. Bu istiqamətdə hər hansı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək". Qeyd edək ki, Aleksey Kaşuk 16 qolla bu mövsüm "Sabah" klubunun ən məhsuldar futbolçusudur. Teqlər: "\"Sabah\" Aleksey Kaşuku heyətdə saxlayacaq? - AÇIQLAMA"