Ana səhifə / Dünya / ABŞ və müttəfiqləri Ukraynaya F-16 qırıcıları göndərməyi planlaşdırır ABŞ və müttəfiqləri Ukraynaya F-16 qırıcıları göndərməyi planlaşdırır 19.05.2023, 21:26 ABŞ və müttəfiqləri Kiyevi F-16 qırıcıları ilə təmin etməyi planlaşdırır. "Operativ Media" xəbər verir ki, bu barədə “NBC” kanalı məlumat yayıb. Adı açıqlanmayan ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi telekanala bildirib ki, döyüş təyyarələri ABŞ-dən Ukraynaya birbaşa göndərilə bilməz. Rəsmi bildirib ki, yaxın aylarda ABŞ və müttəfiqləri qırıcıları nə vaxt, həmçinin nə qədər və kimlər tərəfindən təmin ediləcəyinə qərar verəcək. Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ hələlik F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü ilə bağlı yeni detalları təqdim etməyə hazır deyil. Teqlər: "ABŞ və müttəfiqləri Ukraynaya F-16 qırıcıları göndərməyi planlaşdırır"
14.02.2026, 02:03 Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
14.02.2026, 02:02 İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil
14.02.2026, 02:00 İlham Əliyev "France 24"ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb