20 May 2023, 08:33
Almaniya Bundesliqasına vəsiqə qazanan ilk klub bəlli oldu
Almaniya Bundesliqasına vəsiqə qazanan ilk klub bəlli oldu şəkil
Almaniya Bundesliqasına vəsiqə qazanan ilk klub bəlli oldu

"Darmştadt" klubu 2023/2024 mövsümündə Almaniya Bundesliqasında oynamaq hüququ qazanıb.

"Operativ Media" xəbər verir ki, komanda 2-ci Bundesliqanın 33-cü turunda “Maqdeburq”a 1:0 hesabı ilə qalib gələrək elitaya vəsiqəni təmin edib. "Darmştadt" 33 matçda 67 xal toplayıb və turnir cədvəlində liderliyi qoruyub. Komanda yarışın bitməsinə 2 tur qalmış 3-cü pillədə qərarlaşan "Hamburq"la fərqi 7 xala yüksəlib. Turnirin qaydalarına əsasən, çempionatın ilk iki pillədə başa vuran komanda Bundesliqaya birbaşa vəsiqə qazanır.

Beləliklə, "Darmştadt" 6 ildən sonra Bundesliqaya qayıdıb.

Son xəbərlər
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək
"SpaceX" kosmosa “NROL-57” casus peyki göndərib
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb