Ekvadorlu hücumçu Enner Valensiya "Fənərbağça" forması ilə Türkiyə Super Liqasında 28-ci qolunu vurub.
"Operativ Media" xəbər verir ki, forvard XXXIV turda "Trabzonspor"a qarşı keçirilən çempionat oyununda (3:1) fərqlənib.
Valensiya "bülbüllər"in tarixində bir mövsümdə ən çox qol vuran ikinci əcnəbi futbolçu olub. Qollarının sayını 28-ə çatdıran Valensiya klubun sabiq yarımmüdafiəçi Alek De Souzanın rekorduna şərik olub.
33 yaşlı hücumçu daha bir qol vursa, mütləq rekordçu olacaq.






