Çinin Xarici İşlər Nazirliyi bildirib ki, Çin səlahiyyətliləri G7-nin Xirosimada keçirilən sammitində qəbul edilmiş Çinlə bağlı G7 kommünikesinin müddəalarını həqiqətə uyğun olmayan hesab edir.
"Operativ Media" xəbər verir ki, qərb mediası Çin Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirib: "G7 Çinə böhtan atmaqda və ona hücum etməkdə və onunla bağlı mövzuları manipulyasiya etməkdə israrlı idi".
Rəsmi Pekin bildirib ki, G7 ölkələri Çini narahat edən mövzulara məhəl qoymur və ölkənin daxili işlərinə, o cümlədən Tayvanla bağlı işlərinə qarışır.
Çin hakimiyyəti G7 sammitinə ev sahibliyi edən Yaponiyaya etiraz notası göndərib.