İngiltərə Premyer Liqasında 37-ci turun oyunları davam edir.
"Operativ Media" xəbər verir ki, bu gün daha 5 qarşılaşma keçirilib. "Mançester Yunayted" səfərdə "Bornmut"a 1:0 hesabı ilə qalib gəlib və Çempionlar Liqasına vəsiqəni təmin edib. "Liverpul" isə doğma meydanda "Aston Villa" ilə heç-heçə edib - 1:1. Günün son matçında “Arsenal” “Nottingem” səfərinə çıxıb və uduzub. Bununla da "Mançester Siti" çempionluğu bayram edib. Bu, "şəhərlilər"in 7-ci çempionluğudur. Nəticələrlə tanış olun: