Menyu

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 2 pilot həlak olub

Nərmin Qocamanlı
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 2 pilot həlak olub

Əfqanıstanın şimalında hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

"Operativ Media" xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Müdafiə Nazirliyi mövzu ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilib ki, Əfqanıstanın şimalındakı Belh vilayətinin mərkəzindən Məzari-Şərifdən Samanqan əyalətinə gedən MD-530 tipli hərbi helikopter səhər saatlarında qəsəbə yaxınlığında qəzaya uğrayıb.

Helikopterin elektrik dirəyinə çırpılması nəticəsində qəzaya uğradığı açıqlanıb, hadisənin təfərrüatları araşdırılır.

 

Teqlər:

"Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb 2 pilot həlak olub"

Əlaqəli Xəbərlər