Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, çempionluğu təmin edən "Qarabağ" elitada qalmaq mübarizəsi aparan "Sumqayıt"ı qəbul edəcək.
Turnir cədvəlinin sonuncusu "Şamaxı" azarkeşləri önündə "Qəbələ" ilə üz-üzə gələcək, 9-cu pillədəki "Səbail" isə "Turan Tovuz"un qonağı olacaq.
"Sabah" "Zirə"nin müqavimətini qırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXXV tur
22 may (bazar ertəsi)
“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:30
Əvvəlki oyunlar: 1:0, 2:2, 1:1
“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 16:30
Əvvəlki oyunlar: 1:3, 1:1, 0:2
“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 16:30
Əvvəlki oyunlar: 3:1, 1:0, 2:0
“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”, 16:30
Əvvəlki oyunlar: 2:0, 3:1, 6:0






