Gürcüstan dronların uçması qaydalarını sərtləşdirir
Nərmin Qocamanlı
Gürcüstan dronların uçması qaydalarını sərtləşdirir.
"Operativ Media" xəbər verir ki, ölkənin Mülki Aviasiya Agentliyi özəl biznes sahiblərinə və dövlət qurumlarına dronların konkret obyektlər üzərində uçuşunu qadağan etmək hüququ verib.
Məlumata görə, dronların uçuşu hərbi aerodromlar və külək stansiyaları, hərbi təlim zonaları, hərbi təyinatlı obyektlər və zavodlar, polis və dövlət mühafizə orqanları, cəzaçəkmə müəssisələri, limanlar, dövlət qurumları, zavodlar və s kimi obyektlərin üzərində qadağan edilə bilər.
Həmçinin, milli parklar, hava limanları, yaşayış massivləri, hovuzlar və özəl çimərliklər, xəstəxanalar, fövqəladə hallar olan yerlər üzərində də uçuşlar qadağan edilə bilər.