"Ferrari" İtaliyada daşqından əziyyət çəkənlərə 1 milyon avro bağışladı
Redaksiya
"Ferrari" şirkəti İtaliyada Emiliya-Romanyada daşqından əziyyət çəkən insanlara kömək etmək qərarına gəlib. Şirkət Ərazi Təhlükəsizlik Agentliyinə və Bölgənin Mülki Müdafiəsinə 1 milyon avro ianə edib.
"Operativ Media" xəbər verir ki, ianə təsirə məruz qalmış ərazilərin bərpasına, ətraf mühitin bərpası layihələrinə və hidrogeoloji qeyri-sabitliyin idarə olunmasına sərf olunacaq. "Ferrari"nin CEO-su Benedetto Viqna "Çətinlik anlarında "Ferrari"nin yeri həmişə onun icmasının yanında olub" deyərək məsələyə münasibət bildirib.
"Biz Emiliya-Romanya əhalisinin ciddi ekoloji fəlakətlə üzləşmiş ən təcili ehtiyaclarına konkret və dərhal cavab vermək istədik"-deyə o vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net